“Partizan”ın keçmiş məşqçisi qəzada öldü

“Partizan”ın keçmiş məşqçisi qəzada öldü
“Partizan” klubunun sabiq futbolçusu və məşqçisi Miodraq Yeşiç avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Serbiyadakı Ruma-Jarak magistralında onun idarəetməsindən çıxan avtomobili qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub.
Qeyd edək ki, 64 yaşlı Yeşiç məşqçilik karyerasında “CSKA Sofia”, “Litex”, “Sarayevo”, eləcə də Yaxın Şərqin bir sıra klubları ilə işləyib.
Xatırladaq ki, 2001-ci ildə Miodraq Yeşiçin 19 yaşlı qızı Yelena da avtomobil qəzasında həyatını itirib.
Mənbə:football24.ua
Gundelik-Baku.Org