Elizabetin 51 il sonra tapılan paltarı HƏRRACDA

Elizabetin 51 il sonra tapılan paltarı HƏRRACDA
Əfsanəvi kino ulduzlarından biri olan Elizabet Teylorun 1961-ci ildə "Butterfield" filminə görə ən yaxşı qadın rolu mükafatını aldığı Oskar mükafatlandırma mərasimində geyindiyi paltar tapılıb. 
Xarici KİV xəbər verir ki, paltar 51 il sonra onun keçmiş köməkçisinin çamadanından tapılıb. 
Taylorun yalnız bir dəfə geyindiyi bu xüsusi paltar dekabrın 6-da Londonda keçiriləcək hərracda satışa çıxarılacaq. Paltarın təxminən 60 min funt-sterlinqə (122 min manat) satılacağı gözlənilir. Kolleksiyada satılacaq əşyalar arasında Liz Taylorun digər geyimləri də var.
Taylor həmin gecə mərasimə gedərkən sarı qolsuz üst və yaşıl tonlarda işlənmiş kiçik çiçəklərlə bəzədilmiş paltarı "moda dünyası bir tacdırsa, bu onun ən qiymətli ləl-cəvahiratlarından biridir" kimi təsvir edib.
Həmin gecə Taylorun bənövşəyi gözləri ilə birləşərək hər kəsi ovsunlayan bu paltar bir daha görülmədi. Dior Moda Evi paltarın onların arxivində olduğuna əmin idi. 
Gundelik-Baku.Org