“Dünyanı ikona kimi tərk edəcəm”

“Dünyanı ikona kimi tərk edəcəm”
39 yaşlı reper və aktrisa Nikki Minaj “i-D Magazine” jurnalının yeni sayının siması olub. 
O, dərgi üçün çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. Yeni çəkilişdə müğənni zərif, “Schiaparelli”dən məxmər mini paltar, əlcək və tacda görünüb.
Digər fotolarda repçi cins şortik, bodi, top kostyum və ətəkdə pozalar verib. Görünüş hündürdaban ayaqqabılarla tamamlanıb.
Paylaşıma Minaj qısa şərh əlavə edib: “Nəşrin üz qabığında model olmaq mənim üçün böyük şərəfdir”. 
Nikki jurnala açıqlamasında “Birdəfəlik rep oxumasam, bu dünyanı bir ikona kimi tərk edəcəm”,- deyə vurğulayıb. 
Gundelik-Baku.Org