Borcunu ödəməmək üçün KƏFƏN GEYİNDİ

Borcunu ödəməmək üçün KƏFƏN GEYİNDİ
İndoneziyanın Şimali Sumatra əyalətində yaşayan qadın borcunu ödəməmək üçün kəfən geyinib.
Xarici KİV xəbər verir ki, əyalətin Medan şəhərində adı yalnız “LDP” olaraq tanınan qadın noyabrın 20-ə qədər Maya Qunavanaya borcunu ödəməli idi. 
Bu pulu həmin tarixə qədər çatdırmayacağını bildiyi üçün dekabrın 6-na kimi qadından möhlət istəyib. Lakin dekabrın 6-sı gəlsə də, yenə borcunu ödəyə bilməyib. 
6 gün sonra Maya Qunavan həmin qadının qızının feysbuk hesabında avtomobil qəzasında öldüyünü elan edən yazısını görəndə gözlərinə inanmayıb.
Postda qadının evinin yaxınlığındakı körpüdə qəza nəticəsində öldüyü bildirilib. Paylaşımın altında vərəqə bükülmüş cəsədin fotosu və xərəyin xəstəxanaya aparılmasının təsviri yer alıb.


Hər iki əlavə görüntüdə qadının gözləri bağlı kəfənə bükülmüş halda olduğu əks olunub. Lakin Maya Qunavan bu yazılanlara inana bilmirdi. Buna səbəb qadının uzandığı xəstəxana xərəyinin şəkli sosial şəbəkədə paylaşılan başqa bir foto ilə tam eyni idi.
Bundan başqa, Maya ona borcu olan qadının meyitinin fotosuna da diqqət yetirəndə digər qanun pozuntuları aşkar edib.


Şəkildəki şəxs, medanlı qadın əslində kəfən əvəzinə paltar geyinib. Sonra Maya Qunavan ölüm xəbəri postunun yalnız müəyyən insanların görə biləcəyi gizlilik ilə paylaşıldığını deyib:
"Əgər onun öldüyü doğrudursa, onların şərh yazacaq ailəsi və ya dostları olmalıdır. Amma bunların heç biri yox idi, yazı yalnız bir neçə nəfərin görməsi üçün özəl olaraq yerləşdirilib".
Maraqlıdır ki, özünü ölmüş kimi qələmə verən qadının qızının bu postdan heç bir xəbəri yox idi. O, anasının borcundan qurtulmaq üçün onun hesabını sındıraraq saxta fotolar yaydığından xəbəri olmayıb. Qız anasının nə ilə məşğul olduğunu ona daxil olan mesajlardan və hesabındakı bildirişlərdən öyrənib. Gördüklərindən dəhşətə gələn qız öz hesabında yazının yalan olduğunu açıqlayaraq, anasının belə bir uydurma üçün onun feysbuk hesabını sındırdığını bildirib.


Üstəlik, qadının paylaşdığı xərəyin görüntüləri bir televiziya verilişinin skrinşotuna aid olduğu ortaya çıxıb. Aldadıcılığını daha inandırıcı etmək üçün onun kəfən kimi libasdakı görüntüləri çəkilib. Bu hadisə gündəmə gəldikdən sonra Maya Qunavan dostunun hələ də borcunu ödəmədiyini bildirərək, aşağıdakı açıqlamanı verib:
"Hələlik polisə məlumat verməmişik. Hazırda onunla əlaqə saxlamaq mümkün olmasa da, hələ də pulun verilməsini gözləyirəm".
Gundelik-Baku.Org