Şahzadə Diananın sol əli satışa çıxarılır

Şahzadə Diananın sol əli satışa çıxarılır
Şahzadə Diananın sol əlinin eynisi olan tökülmə heykəl gələn həftə auksionda satışa çıxarılacaq.
40 min sterlinq dəyərində qiymətləndirilən əl Kolçester şəhərində Rimen Densi adlı evdə satılacaq.
1997-ci ildə avtomobil qəzasında ölən Diana illər keçsə də, gündəmdən düşmür. Bu ilin əvvəlində onun üç il işlətdiyi “Ford Escort” markalı maşını isə 650 min sterlinqə satılmışdı.
Qeyd edək ki, Diananın əli heykəltəraş Oskar Nemon tərəfindən düzəldilib.
Onu da bildirək ki, bundan öncə Şahzadənin uşaqlıq velosipedi, ailə dostlar Roger Brambla yazdığı məktublar, hətta Kral Çarlzla 1981-ci ildəki toylarında kəsilən tortun bir dilimi də auksionda satılmışdı.


Gundelik-Baku.Org