Bakıda mağazadan 8 minlik paltar oğurlandı

Bakıda mağazadan 8 minlik paltar oğurlandı
Bakıda geyim mağazası qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun və H.İsmayılovun daha bir cinayətləri üzə çıxıb.
Belə ki, onların bir mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən olunub.
Gundelik-Baku.Org