Smitin “Oskar”dakı şillə qalmaqalından sonra ilk filmi

Smitin “Oskar”dakı şillə qalmaqalından sonra ilk filmi
“Oskar” mükafatlandırma mərasimində baş verən şillə qalmaqalından sonra Uill Smitin ilk filminin treyleri təqdim edilib.
“Emancipation” adlanan layihə 9 dekabrda “Apple TV+”da yayımlanacaq.
Ekran işindəki hadisələr ABŞ-dakı vətəndaş müharibəsi zamanı cərəyan edir. Treyler kanalın rəsmi yutub hesabında paylaşılıb.
Xatırladaq ki, “Oskar” mükafatlandırmasında Smitin aparıcı Kris Roka şillə vurmasından sonra bir çox layihələri ləğv edilmişdi. Həmçinin, aktyor on il müddətində “Oskar”a layiq görülə bilməyəcək.

Gundelik-Baku.Org