"Uber" 14 milyon dollar cərimələndi

"Uber" 14 milyon dollar cərimələndi
"Uber" nəqliyyat platforması Avstraliyada yerli istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını pozduğuna görə 21 milyon Avstraliya dolları (təxminən 14 milyon ABŞ dolları) cərimələnib.
Bu barədə "Reuters" məlumat yayıb. 
"Avstraliya məhkəməsi heç vaxt baş verməyən ləğvlərə görə cərimə tətbiq etməklə hədələdiyi və bəzi səfərlər üçün həddindən artıq ödəniş tələb etdiyinə görə "Uber Technologies Inc" şirkətini 21 milyon Avstraliya dolları cərimələyib", - hesabatda deyilir.
Gundelik-Baku.Org