Aİ ruslara qarşı sanksiyaları genişləndirir

Aİ ruslara qarşı sanksiyaları genişləndirir
Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin siyahısını genişləndirmək planlaşdırılır.
Bu barədə “Politico” nəşri məlumat yayıb. 
Bildirilir ki, sanksiya siyahısına “Putin rejimini dəstəkləyən” “məmurlar, liderlər və digər fiqurlar” daxil ediləcək. Eyni zamanda, qəzet qeyd edir ki, bu şəxslərin Ukraynadakı münaqişə ilə əlaqəsini sübut etmək lazımdır, əks halda onların siyahıya salınması məhkəmədə mübahisələndirilə bilər.
Gundelik-Baku.Org