Mer şəhərdəki Rusiya konsulluğunun bağlanmasını tələb etdi

Mer şəhərdəki Rusiya konsulluğunun bağlanmasını tələb etdi
Finlandiyanın Turku şəhər meri Minna Arve şəhərdəki Rusiya konsulluğunun bağlanmasını tələb edib.  
Bu barədə o, bu barədə ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. 
"Rusiya konsulluğunun şəhərdə olmasına ehtiyac yoxdur. Xarici İşlər Nazirliyi Turkudakı konsulluğun bağlanması ilə bağlı müzakirələrə başlaya bilər", - o qeyd edib. 
Arve izah edib ki, Ukraynadakı döyüşlər səbəbindən şəhər sakinləri artıq Rusiyaya turist vizası almaqda maraqlı deyillər. Eyni zamanda, o, hesab edir ki, ruslara kömək Rusiyanın Helsinkidəki səfirliyində göstərilə bilər.
Gundelik-Baku.Org