İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
İsveçrə Luqansk və Donetsk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin ilhaqı səbəbilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ölkə hökumətinin saytında məlumat verilib. 
Məlumata görə, məhdudiyyətlər 30 fiziki şəxs və yeddi şirkətə şamil edilir.
Nazirlər Kabineti izah edib ki, sanksiyalar əsasən Rusiyaya yeni ərazilərin birləşdirilməsi məsələsi ilə bağlı referendumda iştirak edən şəxslərə tətbiq olunub. Onların İsveçrəyə girişi qadağan edilib və onların ölkədəki aktivləri dondurularaq İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) veriləcək.
Gundelik-Baku.Org