Coninin konsertləri təxirə düşdü

Coninin konsertləri təxirə düşdü
Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Nijniy Novqorod və Kazandakı konsertlərini təxirə salıb.
Bu barədə sənətçi instaqramda məlumat yayıb. Coni bildirib ki, buna səbəb onun xəstələnməsidir. 
“Uşaqlar, biz uzun müddət danışdıq, Nijniy Novqorod və Kazandakı konsertləri təxirə salmaq qərarına gəldik. Nijniy Novqorodda dekabrın 4-də, Kazanda isə dekabrın 9-da olacaq.Qalan konsertlər planlaşdırıldığı kimi davam edəcək. Narahatlığa görə üzr istəyirəm, amma bu vəziyyətdə çıxış edə bilmərəm. Bütün biletlər etibarlıdır”, - deyə, müğənni vurğulayıb.
Qeyd edək ki, Coninin Nijniy Novqorodda konsert verəcəyi İdman Sarayının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılmalı idi.
Gundelik-Baku.Org