Röya təxirə düşən konsertinin adını dəyişdi

Röya təxirə düşən konsertinin adını dəyişdi
Xalq artisti Röya Ayxan bir neçə dəfə təxirə düşmüş “Nazlı” konsertinin adını dəyişib.
Bu barədə o, “MTV Magazin”ə məlumat verib.
“Konsertin adını dəyişdim, menecer, prodüser, musiqiçi hamısını, kimin ayağı düşmürsə, hamısnı dəyişdim. Doğrudan da belə düşünmürəm, ayaq düşmək və sairə... Türkiyə konserti də gələn ilə qaldı. Bakı konserti isə yanvar ayında baş tutacaq. Komanda olaraq bu kosnertdə kimlər iştirak etmişdisə, pul xərcləmişdisə, lazımi qədər ziyana düşdü”, - deyə, Röya bildirib.
Gundelik-Baku.Org