Röya konsertinin adını açıqladı

Röya konsertinin adını açıqladı
Xalq artisti Röya Ayxan üç ildir təxirə düşən konsertinin adını dəyişib.
Bu barədə sənətçi “Səhər mərkəzi” proqramında danışıb.
O bildirib ki, “Nazlı” konsertinin adını dəyişərək “Dəli kimi” qoyub:
“Cinlə duetimiz var. Yanvarda konsertdə təqdim edəcəyik. Sənallah özünüzü qoruyun, xəstələnməyin. Bu konserti bitirək, başqa konsertlər etmək istəyirəm. Bu biletləri alanlar gəlsinlər. Çox xərcə düşmüşük. Üç il ərzində çox xərcimiz çıxdı. “Nazlı”nın adı dəyişib, “Dəli kimi” olacaq”.
Qeyd edək ki, sənətçi 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində çıxış edəcək.
Gundelik-Baku.Org