Dünyada koronavirusdan ölənlər AZALIB

Dünyada koronavirusdan ölənlər AZALIB
Dünyada koronavirusdan ölüm faizi azalıb. 
Xarici KİV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus bildirib.
Onun sözlərinə görə, koronavirusdan ölüm halları bu ilin fevralı ilə müqayisədə 90 faiz azalıb.
Eyni zamanda, ÜST rəhbəri peyvəndlə bağlı qalan boşluqları və narahatlığa səbəb olan koronavirusun yeni ştamlarının yayılmasının davam etdiyini qeyd vurğulayıb:
“Peyvəndlənmədə boşluqlar əhəmiyyətli olaraq qalır və yeni variantların davamlı yayılması narahatlıq doğurur”.
Gundelik-Baku.Org