Tan da “Altın Kelebek”dən imtina etdi

Tan da “Altın Kelebek”dən imtina etdi
Türkiyənin məşhur “Altın Kelebek” mükafatlarından namizədliyini geri çəkənlər arasında müğənni Tan Taşçı da yer alıb.
Bu barədə ifaçı instaqramda məlumat paylaşıb.
“Heç bir mükafatlandırma mərasimini kifayət qədər müstəqil və etik görmədiyim üçün geri çəkildiyimi bildirmək istəyirəm”, - deyə, Taşçı qeyd edib.
Xatırladaq ki, bundan öncə Işın Karaca, Yeşim Salkım, Armağan Çağlayan, Bennu Yıldırımlar, Vahide Perçin, Işıl Yücesoy kimi sənətçilər də namizədlikdən çəkilib. Mükafatlandırma gecəsi isə 4 dekabrda baş tutacaq.
Gundelik-Baku.Org