10 aydır Ukraynada qalan Türkiyəyə məxsus 2 təyyarə geri qayıdır

10 aydır Ukraynada qalan Türkiyəyə məxsus 2 təyyarə geri qayıdır
Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi Ukraynadan qayıdır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi Kayseriyə qayıdır.
Qeyd edək ki, təyyarələr fevralın 23-dən bəri Ukraynadadır.
Gundelik-Baku.Org