Yağış 347 iranlını xəstəxanalıq etdi

Yağış 347 iranlını xəstəxanalıq etdi
İranda yağışdan sonra yaranan sağlamlıq problemlərinə görə 347 nəfər xəstəxanaya müraciət edib
APA-nın məlumatına görə, bunu Əhvaz Tibb Elmləri Universitetinin vitse-prezidenti Həbib Heybər deyib.
O bildirib ki, son 2 gündə payız yağışı nəticəsində yaranan tənəffüs problemləri ilə əlaqədar Xuzistan əyalətində 347 nəfər tibb mərkəzlərinə müraciət edib. Pasientlərdən 5 nəfərin vəziyyəti ağırdır.
Heybər tövsiyə edib ki, payız yağışları zamanı yağış kəsildikdən sonra ən azı 1 gün açıq havada idmanla məşğul olmaqdan çəkinməli, xəstəlik riski yüksək olan insanlar evdən çıxmaq zərurəti yarandıqda uyğun maskadan istifadə etməlidir.
Gundelik-Baku.Org