Gözəllik yarışmasında iştirakçını elektrik cərəyanı vurdu - ŞOK
Xarici medianın məlumatına görə, müsabiqədə ikinci yeri tutduqdan sonra çıxış etmək üçün səhnəyə çıxan 22 yaşlı iştirakçı Andrea Qranados Viktoru mikrofonu əlinə alan kimi elektrik cərəyanı vurub. Bir müddət qışqıran və əlindəki mikrofonu buraxmağa çalışan Viktor yerə yıxılaraq mikrofonu ata bilib. Ətrafdakıların köməyi ilə ayağa qalxan gənc qadın bir neçə dəqiqədən sonra özünə gəlib.
Hadisənin açıq havada keçirilən yarışdan əvvəl yağış yağması və iştirakçının ayaqlarının açıq olması səbəbindən baş verdiyi bildirilib.