“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” - Həkimdən maraqlı təklif

“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” - Həkimdən maraqlı təklif
“Covid 19-la bağlı gündəlik statistika ləğv olunmalıdır”.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) son açıqlamlarında payız mövsümünün gəlişini pandemiyanın dirçəlişi, yoluxma sayının artması dövrü kimi səciyyələndirib və bununla bağlı xəbərdarlıq edib.
A. Əliyevin sözlərinə görə, koronavirus da, pandemiya da artıq aylardır ki, bitib:
"Heç bir təhlükə yoxdur”.
Həkim bildirib ki, ölkədə koronavirusla bağlı narahatlıqdan söhbət gedə bilməz:
“Virus artıq dəfələrlə mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini bitirib. İnsanların çoxu yoluxub sağalaraq təbii immunitet əldə ediblər. Yerdə qalanlar da peyvənd vasitəsilə immunitet qazanıblar. Pandemiyanın geri qayıtması mümkün deyil.
İnsanlar adi mövsümi qrip kimi xəstələnib sağalırlar. Yoluxma sayı 30 minə də qalxsa, problem deyil. COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir. Çünki koronavirus artıq təhlükəli bir xəstəlik deyil”.
Gundelik-Baku.Org