Akademik Rusiyada ruhi xəstəlik pandemiyasının başladığını elan etdi

Akademik Rusiyada ruhi xəstəlik pandemiyasının başladığını elan etdi
Koronavirus pandemiyasından sonra psixi sağlamlıq problemi bütün dünyada, o cümlədən Rusiyada çox kəskinləşib. 
Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko Sputnik radiosunda müəllif proqramının efirində bildirib.
ÜST aşağıdakı rəqəmləri verdi: COVID pandemiyası təxminən bir milyard insanın, yəni hər yeddi nəfərdən birinin psixi sağlamlığına təsir göstərib. Bunu ölkələrin tibb orqanları qeyd edir. Depressiyanın yayılmasına görə ilk on aparıcı ölkə: birinci yerdə İsveçrə - 46%, ABŞ - 42%, Braziliya - 40%, Rusiya - 38%, daha sonra Almaniya, Hindistan, Meksika, İspaniya, Fransa, həmçinin Çin – 22%”, - deyən Onişenko qeyd edib ki, bu cür məlumatlar koronavirus pandemiyası ilə yanaşı, ruhi xəstəlik pandemiyasının da olduğunu deməyə imkan verir.
Tibb elmləri doktoru depressiya zamanı spirtli içkilərə əl atmamağı, həkimə müraciət etməyi tövsiyə edib.
Gundelik-Baku.Org