Dünyasını dəyişən iki siyasətçi ABŞ Konqresinə üzv seçildi

Dünyasını dəyişən iki siyasətçi ABŞ Konqresinə üzv seçildi
Pensilvaniyadan Entoni DeLuka və Tennessidən Barbara Kuper yenidən ABŞ Nümayəndələr Palatasına seçiliblər.
Bu barədə "Fox News" məlumat yayıb. 
Belə ki, oktyabrın 9-da 85 yaşında dünyasını dəyişən Entoni Deluka Pensilvaniyada 85% səslə yenidən ABŞ Nümayəndələr Palatasına üzv seçilib.
Eyni zamanda, oktyabrın 25-də 93 yaşında dünyasını dəyişən Barbara Kuper Tennessi ştatında keçirilən seçkilərdə qalib gəlib.
Yerli kİV-də  yayılan məlumata görə, bəzi seçicilər həqiqətən Deluka və Kuperin ölümündən xəbərsiz olublar. 
Buna görə də yaxın vaxtlarda ştatlarda növbədənkənar seçkilər keçiriləcək.
Gundelik-Baku.Org