“Anamı itirdiyim gün böyüdüm”

“Anamı itirdiyim gün böyüdüm”
Əməkdar artist Nüşabə Ələsgərli dünyasını dəyişən anası barədə danışıb.
Sənətçi bu haqda “Özəl” verilişinə qonaq olarkən söz açıb.
Ələsgərli bioloji olaraq yetişkin insan olsa da, anasının yanında özünü həmişə uşaq hiss etdiyi bildirib:
“Allah dünyasını dəyişənlərə rəhmət etsin. Düzdür, bəlli bir yaşım, statusum var idi… Anam rəhmətə gedəndə 48 yaşımda idim. Amma nə qədər ki, anam sağ idi, mən o yaşımı hiss etmirdim. Elə həmin uşaq idim. Anamı itirdiyim gün böyüdüm”.

Gundelik-Baku.Org