Mühafizəçi ölmüş qadının ruhu ilə söhbət etdi

Mühafizəçi ölmüş qadının ruhu ilə söhbət etdi
Argentinanın paytaxtı Buenos-Ayresdəki xəstəxanaların birində qeydə alınan görüntülər insanların heyrətinə səbəb olub.
Haberler.com xəbər verir ki, bir neçə gün əvvəl dünyasını dəyişən qadın xəstəxanaya gedib və mühafizəçi ilə söhbət edib.
Belə ki, sözügedən görüntülərdə xəstəxananın mühafizəçisi yaşlı qadına köməklik edərək, onu həkimin otağına aparır. 
Qadın uzun müddət otaqdan çıxmayanda mühafizəçi vəziyyəti tibb bacılarına çatdırıb. Tibb bacıları və mühafizəçilər həkimin otağına daxil olublar, lakin heç kimi tapmayıblar. Daha sonra tibb bacıları mühafizəçidən qadının adını soruşublar.
Mühafizəçinin adını çəkdiyi qadın bir neçə gün əvvəl xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Daha sonra xəstəxananın təhlükəsizlik kamerası görüntülərinə baxılıb. Görüntülərdə asayiş keşikçisinin mərhum qadının ruhu ilə danışdığı iddia edilsə də, qadının görüntüsü kamerada aydın əksini tapmayıb.

Gundelik-Baku.Org