Almaniya hökuməti Çinin çip fabrikini almasına mane oldu

Almaniya hökuməti Çinin çip fabrikini almasına mane oldu
Almaniya hökuməti Dortmundda yerləşən "Elmos” şirkətinin çip fabrikinin çinli investor tərəfindən alınmasına mane olub.

Alman hökumət dairələrinə əsaslanan Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, Almaniya Nazirlər Şurası Elmosun çip fabrikinin Çinin Sai qrupunun törəmə şirkəti olan İsveç mərkəzli Silexə satılmasına icazə vermədi. 

Yaşıllar Partiyası Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Almaniya Nazirlər Şurasına Çin şirkətinin sözügedən çip fabrikini almasını qadağan etməyi təklif edib. Nazirliyin məlumatına görə, çip fabrikinin Çin tərəfindən alınması Almaniyada ictimai asayiş və təhlükəsizliyə təhlükə yaradacaq.

Gundelik-Baku.Org