Şoyqu əmr verdi: Rusiyada döyüş sursatlarının istehsalı...

Şoyqu əmr verdi: Rusiyada döyüş sursatlarının istehsalı...
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsində yüksək dəqiqlikli döyüş sursatlarının istehsalının artırılması və modernləşdirilməsi barədə göstəriş verib.
 
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki,  bu gün Şoyqu Moskva şəhərində  müdafiə sahəsində fəaliyyət göstərən və dövlət sifarişlərini yerinə yetirən “Taktik Raket Silahları” zavodunu ziyarət edib.
Fabrikdə yüksək dəqiqliklə silah istehsal prosesini yoxlayan Şoyquya sözügedən silahla bağlı proses haqqında məlumat verilib.
Biznes menecerləri ilə görüşdə Şoyqu ölkəsində yüksək dəqiqlikli döyüş sursatlarının istehsalının artırılması və onların modernləşdirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, ötən il Rusiya Prezidenti Vladimir Putin ölkəsində müdafiə sahəsində dövlət sifarişlərini yerinə yetirməyən müəssisələrə qəyyumların təyin edilməsinə icazə verən fərman imzalayıb.
Gundelik-Baku.Org