Bu tarixlərdə döyüş sursatları utilizasiya ediləcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə döyüş sursatları utilizasiya ediləcək - XƏBƏRDARLIQ
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Gundelik-Baku.Org