Şoyqu Ukraynada döyüşən rus əsgərlərini təltif etdi

Şoyqu Ukraynada döyüşən rus əsgərlərini təltif etdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən əsgərlərlə görüşüb.
Bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, nazir Şoyqu “Xüsusi hərbi əməliyyat” zonasında Cənubi Donetsk istiqamətində “Şərq” hərbi hissələrin irəli komandanlıq məntəqəsinə baxış keçirib, hərbi hissə komandiri general-leytenant Rüstəm Muradov və digər zabitlərdən mövcud vəziyyət barədə məlumat alıb.
Bundan əlavə, Şoyqu bəzi əsgərləri medallarla təltif edib.
Gundelik-Baku.Org