Putin Rusiya ordusunun sayını artırır

Putin Rusiya ordusunun sayını artırır
Rusiya Silahlı Qüvvələrinin sayı artırılaraq 1,5 milyon hərbçiyə çatdırılacaq. 
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin baş komandanları ilə görüşündə bildirib. 
"Rusiya Federasiyasının prezidenti Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbçiyə çatdırmaq qərarına gəlib", - Şoyqu açıqlayıb. 
Nazir vurğulayıb ki, yalnız Silahlı Qüvvələrin əsas struktur hissələrini gücləndirməklə Rusiyanın hərbi təhlükəsizliyini təmin etmək, ölkənin yeni subyektlərini və mühüm obyektlərini qorumaq mümkündür.
Gundelik-Baku.Org