Türkiyənin İdlibdəki bazası üzərində naməlum PUA aşkar olunub, qarşısı alınıb

Türkiyənin İdlibdəki bazası üzərində naməlum PUA aşkar olunub, qarşısı alınıb
Yanvarın 7-də Türkiyənin İdlibdəki baza ərazilərini təhdid edə biləcək və hansı ölkəyə aid olduğu bilinməyən pilotsuz uçuş aparatı aşkar edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbə bildirib.

Qeyd olunub ki, PUA-nın fəaliyyətinin qarşısı dərhal Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən alınıb:

“Suriya sərhədində fəaliyyətlər Rusiya Federasiyası ilə sıx koordinasiya əsasında həyata keçirilir”.
Gundelik-Baku.Org