Yeni Bayraktar Türkiyədə sınaqdan keçirildi

Yeni Bayraktar Türkiyədə sınaqdan keçirildi
Türkiyə şaquli eniş və şaquli uçuş həyata keçirən yeni pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.
Pilotsuz təyyarələr daha əvvəl Bayraktar pilotsuz təyyarələrini buraxan Baykar tərəfindən yaradılıb.
Yeni PUA müvəffəqiyyətlə 8 min fut (2438,4 metr) işləmə hündürlüyünə nail olub.
Hələ 2023-cü ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilməsi planlaşdırılan pilotsuz uçuş aparatı avtonom və yarı avtonom rejimdə uçmaq, eləcə də avtonom havaya qalxıb enmə qabiliyyətinə malikdir.
Yeni PUA Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan TCG Anadolu desant gəmisində yerləşəcək.
Dron həmçinin monitorinq və kəşfiyyat toplama işlərini də yerinə yetirmək qabiliyyətinə malikdir.
Gundelik-Baku.Org