Rusiya və Ukrayna bir-birlərinin hərbi təyyarələrini vurdular - YENİLƏNİB

Rusiya və Ukrayna bir-birlərinin hərbi təyyarələrini vurdular - YENİLƏNİB
Rusiya hərbçiləri Xerson vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.
Bu barədə fevralın 3-də Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, təyyarə Çervonoarmeyskoye kəndi yaxınlığında vurulub.
***15:37
Rusiyanın daha bir Su-25 hücum təyyarəsi məhv edilib. 
Bu barədə Ukrayna Milli Qvardiyası açıqlayıb. 
Təyyarə Baxmut bölgəsində "İqla-1" hərbi vasitəsi tərəfindən vurulub. 
Məlumata görə, ruslar Baxmut istiqamətində döyüş qabiliyyətini və hava üstünlüyünü qismən itirir.
Gundelik-Baku.Org