Rusiyada əsgərlik müddəti artırıla bilər

Rusiyada əsgərlik müddəti artırıla bilər
Rusiyada orduda xidmət müddətini artırmaq lazımdır.
Bu barədə Rusiya Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet çıxış edib. 
"Mövcud format əsgərin yüksək keyfiyyətli hazırlığını nəzərdə tutmur. İl ərzində maarifləndirmək, hazırlamaq çox çətin və problemlidir", - deyə deputat bildirib.
Onun fikrincə, iki il ən yaxşı seçim olardı.
Siyasətçi onu da qeyd edib ki, hərbi xidmətin artırılması Rusiya ordusunun döyüş hazırlığını artırmaq üçün ən qısa zamanda həyata keçirilməli olan vaxtında və zəruri tədbirdir.
Gundelik-Baku.Org