Rusiya Dövlət Duması Ukraynaya kiberhücum etməyə çağırdı

Rusiya Dövlət Duması Ukraynaya kiberhücum etməyə çağırdı
Rusiya İT cəbhəsini açmalıdır və Ukraynaya qarşı kiberhücumlar etməlidir.
Bu barədə Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib. 
Deputat öz "Telegram" kanalında yazıb: "Biz sadəcə olaraq özümüzü davamlı kiberhücumlardan və kritik informasiya infrastrukturumuzu yıxmaq cəhdlərindən müdafiə edə bilmərik". Onun fikrincə, kibertəhlükəsizlik sahəsində Rusiya müdafiədən hücuma keçməlidir.
Gundelik-Baku.Org