Rusiyada hərbçinin sinəsindən partlamamış sursat çıxarıldı

Rusiyada hərbçinin sinəsindən partlamamış sursat çıxarıldı
Rusiyada müharibə iştirakçısı olmuş kiçik serjant Nikolay Pasenko üzərində çətin əməliyyat keçirilib.
Belə ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin P.V.Mandrik adına Mərkəzi Hərbi Klinik Hospitalının hərbi cərrahlar briqadası hərbçinin sinəsindən partlamamış hərbi sursat çıxarıb.
Hospitalın tibb xidmətinin polkovnik-leytenantı Dmitri Kimin sözlərinə görə, ölümcül qanaxma təhlükəsi səbəbindən hərbçi yerində əməliyyat olunub.
“Eyni zamanda döyüş sursatının partlaması riski də olduqca yüksək idi”, - deyə Rusiya Müdafiə Nazirliyindən qeyd edilib.
Əməliyyatdan sonra serjant Pasenko Moskvaya aparılıb. O, müalicə və reabilitasiya kursu keçir.
Mənbə: TASS



Gundelik-Baku.Org