Azərbaycanlı diversant TUTULDU: Ukraynadakı müharibəyə görə

Azərbaycanlı diversant TUTULDU: Ukraynadakı müharibəyə görə
Rusiyanın Başqırdıstan respublikasında diversantlar saxlanılıb.
Xarici KİV-in məlumatlına görə, onlar respublika ərazisindəki dəmir yol xətlərinin elektrotexniki qurğularını sıradan çıxarmağa cəhd ediblər. 
Məlumata görə, saxlanılanlardan biri 18 yaşlı tacik tələbə Farruxcon Zokirov, digər saxlanılan isə UFA Tibb Kollecinin azərbaycanlı tələbəsi Emin Sadıqovdur. 
Məlum olub ki, hər iki tələbə oktyabrın 19-da Şakşi və Dema stansiyaları arasında elektrik xətlərini sıradan çıxarıblar. Onlar ilkin istintaq zamanı bildiriblər ki, Rusiyanın Ukraynada apardığı siyasətə qarşıdırlar.
Gundelik-Baku.Org