İranlı tələbələr rektorun otağı qarşısında oturaq aksiya keçirdilər

İranlı tələbələr rektorun otağı qarşısında oturaq aksiya keçirdilər
İranda Tehran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin tələbələri rektorun otağının qarşısında oturaq aksiya keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.
Bildirilir ki, etirazçılar həbsdə olan tələbə yoldaşlarının sərbəst buraxılmasını tələb ediblər.
Onlar aksiya zamanı “Tələbə ölər, zillət qəbul etməz!”, “Məhbus tələbə sərbəst buraxılsın!” kimi şüarlar səsləndiriblər.

 
Gundelik-Baku.Org