Bakıda intihar etdiyi deyilən qız tələbə imiş

Bakıda intihar etdiyi deyilən qız tələbə imiş
İki gün öncə paytaxtın Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılıb dünyasını dəyişən Heydərova Fidan Rüfət qızının tələbə olduğu məlum olub.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsi olub. 
Qeyd edək ki, Fidan Heydərova əslən Masallı rayonundandır. Atası Rüfət Heydərov isə Qodman kənd tam orta məktəbinin müəllimidir.
F. Heydərova Bakıda kirayə yaşayırmış. Onun intihar etdiyi ehtimal olunur.
Gundelik-Baku.Org