İranda daha bir azərbaycanlı tələbə öldürüldü - FOTO

İranda daha bir azərbaycanlı tələbə öldürüldü - FOTO
İranda etiraz aksiyasında daha bir azərbaycanlı tələbə öldürülüb. 
"Mouze"  teleqram kanalına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərindən olan Rza İsmayılzadə oktyabrın 25-də doğma şəhərində torpağa tapışırılıb.
O, Tehranın Şərif Universitetinin tələbəsi idi və hökumət əleyhinə keçirilən etiraz aksiyalarında güllələnərək öldürülüb.
Xatırladaq ki, İran İnsan Haqları Təşkilatının yaydığı son məlumata görə, sentyabrın 17-dən oktyabrın 24-nə qədər İranda baş verən etiraz aksiyalarında 35-i uşaq olmaqla 252 nəfəri repressiya qüvvələri öldürüb. 


Gundelik-Baku.Org