"Qarabağdakı sülhməramlıların taleyi bundan asılıdır" - Putin

"Qarabağdakı sülhməramlıların taleyi bundan asılıdır" - Putin
Rusiya prezidenti Vladimir Putin Qarabağdakı rus sülhməramlı kontingentinin taleyindən danışıb. 
Bu barədə federasiya lideri jurnalistin sualını cavablandırarkən deyib. 
"Biz bu barədə danışdıq. Amma bunun üçün bizim birgə razılaşmalarımız lazımdır. Bilirsiniz, bu, sizin indi verdiyiniz digər suallardan, sülh müqaviləsinin mümkün imzalanmasından, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsindən asılı olacaq", - Putin mətbuat konfransında deyib. 
Onun sözlərinə görə, bu məsələlər həll olunarsa, o zaman sülhməramlılarla bağlı məsələ başqa formada olacaq: "Əgər bu, müəyyən dərəcədə həll olunmasa, bizim sülhməramlı kontingentimizin taleyi bundan asılıdır. Amma istənilən halda hər iki tərəf bizim orada gördüyümüz işlərə görə Rusiyaya minnətdarlıqlarını bildiriblər", - Putin qeyd edib.
Gundelik-Baku.Org