Minsk və Tehran arasında hərbi əməkdaşlıq planı imzalandı

Minsk və Tehran arasında hərbi əməkdaşlıq planı imzalandı
Belarus və İran müdafiə nazirlikləri arasında anlaşma memorandumu və 2023-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb. 
Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Razılaşma Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin ilə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general Məhəmməd Rza Aştiani arasında Tehranda keçirilən görüşdən sonra imzalanıb. 
“Görüşdən sonra tərəflər Belarus Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu, eləcə də cari il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar”, - deyə mətbuat xidmətinin məlumatında deyilir. 
Gundelik-Baku.Org