Belarus nümayəndə heyəti İrəvana hərbi təyyarə ilə gəldi

Belarus nümayəndə heyəti İrəvana hərbi təyyarə ilə gəldi
Belarusun nümayəndə heyəti dünən gecə KTMT sammitinin keçiriləcəyi İrəvana gəlib.  
Bu barədə BELTA agentliyi məlumat yayıb.  Bildirilir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, müdafiə naziri Viktor Xrenin və xarici işlər naziri Vladimir Makeydən ibarət nümayəndə heyəti “İl-76MD” hərbi təyyarəsi ilə İrəvana gəlib.
Məlumata görə, bu təyyarə Belarus sülhməramlı kontingentinin bu ilin yanvarında Qazaxıstana daşınması üçün istifadə edilib.
Xatırladaq ki, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin birgə iclası keçiriləcək.
Gundelik-Baku.Org