Ermənistanda hərbi formalar dəyişdirilir

Ermənistanda hərbi formalar dəyişdirilir
Ermənistan Müdafiə Nazirliyi ölkə silahlı qüvvələrinin hərbi formasını dəyişdirəcək. 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Silahlı Qüvvələrdə başlanan islahatlar çərçivəsində Silahlı Qüvvələrin səhra, məişət, xidməti, kursant və digər növləri də daxil olmaqla, formasının dəyişdirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.
Bu məqsədlə departament konsaltinq xidmətlərinin alınmasını planlaşdırır və bunun üçün müsabiqə elan edir.
Gundelik-Baku.Org