"Rusların Xersondan çıxarılması müsbət qərardır" - Ərdoğan

"Rusların Xersondan çıxarılması müsbət qərardır" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dnepr vasitəsilə qoşunlarını Xerson vilayətindən çıxarmaq qərarını müsbət hesab etdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
"Rusiyanın qərarı müsbət qərardır. Əgər Rusiya Prezidenti Vladimir Putin G20-də iştirak edərsə, o zaman onunla orada Ukraynadakı vəziyyəti müzakirə edəcəyik..." - deyə Türkiyə dövlət başçısı vurğulayıb.
Ərdoğanın sözlərinə görə, sammit çərçivəsində Putinlə əlaqə saxlamaq mümkün olmasa, danışıqlar telefonla davam etdiriləcək.
Türkiyə prezidentinin sözlərinə görə, Ankara Ukraynadakı vəziyyətin nizamlanması üçün vasitəçilik səylərini davam etdirmək niyyətindədir.
Gundelik-Baku.Org