Papa Stalinlə Putini müqayisə etdi

Papa Stalinlə Putini müqayisə etdi
Roma Papası Fransisk 1930-cu illərin əvvəllərində Ukraynada Stalinin süni şəkildə yaratdığı aclıq qurbanlarını xatırlamağa çağırıb.
Xarici KİV xəbər verir ki, Papa Ukraynaya edilən hücumları Qolodomor zamanı baş verən soyqırımla müqayisə edib:
"Gəlin, bu soyqırımın qurbanları üçün dua edək. Eyni zamanda, bu gün təcavüzdən əziyyət çəkən bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar üçün də dua edək". 
Gundelik-Baku.Org