Putin İran prezidentinə zəng etdi

Putin İran prezidentinə zəng etdi
Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının prezidenti İbrahim Rəisiyə zəng edib. 
TASS xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. 
Məlumata görə, prezidentlər siyasi, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. Digər məsələlərlə yanaşı, Putin və Rəisi nəqliyyat və logistika sektoru mövzusuna toxunublar.
"Rusiya və İranın müvafiq departamentləri arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəlinib", - deyə məlumatda bildirilir.
Gundelik-Baku.Org