19 yaşlı qız meşədə uşaq doğub ağacların dibinə atdı

19 yaşlı qız meşədə uşaq doğub ağacların dibinə atdı
Ryazan vilayətində 19 yaşlı qız gecəyarı 4 radələrində meşədə uşaq dünyaya gətirib.
Rusiya mediası bildirir ki, daha sonra gənc qız körpəni torbaya bükərək ağacların arasına qoyub.
Uşağı meşədə təsadüfən görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Həkimlər yeni doğulan körpənin səhhətində heç bir problem aşkar etməyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın anasını müəyyən ediblər. Onun barəsində cinayət işi başlanıb.
Gundelik-Baku.Org