Kolumbiyada iki həftə əvvəl qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Kolumbiyada iki həftə əvvəl qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı
Kolumbiyada mayın 1-də göyərtəsindəki 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları aşkarlanan kiçik təyyarədə 4 uşaq sağ tapılıb. Onların arasında 11 aylıq körpənin də olduğu məlum olub.
Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro “Twitter” hesabında açıqlama verib. “Əsgərlərimizin çətin axtarışları nəticəsində Quaviaredə qəzaya uğrayan təyyarədəki 4 uşağı sağ olaraq tapdıq. Bu, ölkə üçün böyük sevincdir”, - deyə o qeyd edib.
Qəzaya uğrayan təyyarədə möcüzə nəticəsində sağ qalan 11 aylıq körpənin olduğu və qardaşların meşədə aşkar edildiyi bildirilib.
13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleini Ranoque, 4 yaşlı Tien Ranoque və 11 aylıq körpə Kristian Ranoquenin qəzadan necə sağ qurtulduqları və 17 gün müddətində necə sağ qalmaları ilə bağlı təfərrüat paylaşılmayıb.
Məlumata görə, qardaşlardan ən böyüyü olan Lesli kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurub.
Qeyd edək ki, dünən ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədəki digər 4 nəfərin cəsədi aşkarlanıb.



Mənbə: Haber Global

Gundelik-Baku.Org