Körpəni qutuda evin girişinə atdılar

Körpəni qutuda evin girişinə atdılar
İnquşetiyanın Malqobek rayonunun Yujnoye kənd sakini fərdi evin girişində qutuda körpə tapıb.
Rusiya mediası bildirir ki, uşağı evin eyvanına kimin ata biləcəyini hüquq-mühafizə orqanları araşdırır. Körpəni tapan 52 yaşlı qadının sözlərinə görə, qız uşaq bezinə bükülmüş qutuda yatıb, yanında heç bir qeyd olmayıb.
Kənd sakini polisə müraciət edib və uşağı həkimlər müayinə edib. Məlum olub ki, körpə iki aylıqdan çox deyil. Hazırda qız Nəzran perinatal mərkəzində həkimlərin nəzarətindədir.
Gundelik-Baku.Org