4 yaşlı qızın mədəsindən 40-dan çox maqnit tapıldı

4 yaşlı qızın mədəsindən 40-dan çox maqnit tapıldı
Saxalin vilayətində 4 yaşlı qız kiçik maqnit toplarından hazırlanmış qolbağı udub.
Rusiya mediası bildirir ki, qız xəstəxanaya qarın nahiyəsindəki kəskin ağrılarla daxil olub. Müayinə zamanı həkimlər uşağın qarın boşluğunda kiçik maqnit topları aşkar ediblər. Yad cisimlərin bir-birinə ilişdiyi və mədədə 20-dən çox dəlik yarandığı müəyyənləşib.
Əməliyyat zamanı maqnit topları çıxarılıb və qızın mədəsindəki bütün deşiklər tikilib.
Gundelik-Baku.Org